General-mayor Səhlab Bağırov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU
31 Yanvar 2023 08:54 | Baxış sayı: 656
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının komandiri general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.
AJMEDİA.İNFO xəbər verir ki, artıq generalın yeni vəzifəsi də müəyyənləşib. Belə ki, Səhlab Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.
Məlumat üçün bildirək ki, sözügedən qurum DİN sistemində yeni yaradılıb.
Artıq S.Bağırov vəzifəsinin icrasına başlayıb.(qafqazinfo)