Bakıda itkin düşən qızlar 10 gün sonra tapıldı: Taksi sürücüsünün...
27 Aprel 2025 10:27 | Baxış sayı: 273
Bakıda itkin düşmüş kimi axtarışları aparılan şəxslər tapılıblar.
Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışları aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Qeyd edilib ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışlarının aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.
Xatırladaq ki, qızlar 16 aprel, saat 20 radələrində yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.