Nazir general Raul Zeynalovun yerinə onu təyin etdi - FOTO
5 saat əvvəlSaatlıq minimum əməkhaqqına keçidə hazırlıq gedir - Nə qazanacağıq...
26 Aprel 2025 17:32 | Baxış sayı: 270
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Nazirliyin Mətbuat Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı fikirlər birmənalı deyil.