24 Aprel 2025
Mədət Quliyevi bu xanım əvəz edəcək - FOTO

Mədət Quliyevi bu xanım əvəz edəcək - FOTO

Mədət Quliyevi bu xanım əvəz edəcək - FOTO

24 Aprel 2025 18:00 | Baxış sayı: 129

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Maraqlıdır, Mədət Quliyevi kim evəz edəcək?

AJMEDİA.İNFO xəbər verir ki, Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir.

Elnarə Musayeva faktı Manset.az-a təsdiqləyib:

"Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir".

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.