23 Aprel 2025
Məşhur aktyor və anası dələduzların qurbanı oldu - FOTO

Məşhur aktyor və anası dələduzların qurbanı oldu - FOTO

Məşhur aktyor və anası dələduzların qurbanı oldu - FOTO

23 Aprel 2025 13:31 | Baxış sayı: 195

Məşhur "Əsgərlər" serialında baş çavuş Sokolov rolunu oynayan tanınmış aktyor İvan Moxovikov Tallində fırıldaqçıların qurbanı olub.

AJMEDİA.İNFO xəbər verir ki, aktyor bu barədə “Lady Mail”ə müsahibəsində bildirib.

Moxovikov anası ilə şəhərin mərkəzində gəzərkən bir nəfərin ona məşhur brendin qazan və bıçaqlarını ucuz qiymətə almağı təklif etdiyini deyib:

"Anam təkliflə maraqlandı, mən isə bunun fırıldaq olduğunu anlamadım və tələb olunan məbləği verdim. Düşündüm ki, bura Avropadır, məni aldatmazlar. Lakin evdə diqqətlə baxanda qabların saxta olduğunu və həmin şəxsin bizə kələk gəldiyini anladım".

Qeyd edək ki, 46 yaşlı aktyor bir müddət əvvəl fahişə ilə gecə keçirmək istəyərkən 100 min rubl (2000 manat) itirib.