23 Aprel 2025
İstanbuldakı güclü zəlzələdə BİNA ÇÖKDÜ - Bir nəfər özünü balkondan atdı

İstanbuldakı güclü zəlzələdə BİNA ÇÖKDÜ - Bir nəfər özünü balkondan atdı

İstanbuldakı güclü zəlzələdə BİNA ÇÖKDÜ - Bir nəfər özünü balkondan atdı

23 Aprel 2025 15:44 | Baxış sayı: 186

İstanbulda baş vermiş 6.2 bal gücündə zəlzələ ilk dağıntıya səbəb olub.

AJMEDİA.İNFO bu barədə "Haber Global"a istinadla məlumat verir.

Verilən xəbərə görə, meqapolisin Fatih rayonunda yerləşən üçmərtəbəli bina zəlzələnin təsirindən çöküb.

Hazırda hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün İstanbulda biri 6.2 maqnituda olmaqla zəlzələlər qeydə alınıb. Yeraltı təkanlar İstanbulda, həmçinin digər yaxın vilayətlərdə qorxuya və həyəcana səbəb olub. Bahçelievler rayonunda təşvişə düşən bir nəfər yaşadığı binanın eyvanından tullanaraq xəsarət alıb.