Hərbçimizin meyiti kanaldan tapıldı - FOTO
2 saat əvvəlBakının bu küçəsində cərimə yazırlar: 100 manat
23 Aprel 2025 13:43 | Baxış sayı: 185
Paytaxtın Puşkin küçəsində Səməd Vurğun bağı istiqamətindən üzü Hökumət Evi tərəfə, yolun sağ kənarına avtobus zolağı çəkilib.
AJMEDİA.İNFO xəbər verir ki, sözügedən zolaq səhər saat 7-dən axşam saat 10-a qədər qüvvədədir.
Zolağa bu saat aralığında daxil olan sürücülər cərimə olunacaqlar. Zolaqda 1.11 üfüqi nişanlanma xətti çox sonra çəkilib.
Qeyd edək ki, bu da Nizami küçəsindən gələnlərin sıxlıq yaratmasına səbəb olur. Bu cür vəziyyətin yaranmaması üçün çıxış icazəsi əvvəl də verilməli idi. İnzibati Xətalar Məcəlləsinə görə, sürücülərin həmin zolağa daxil olması 100 manat, 2 bal cərimə deməkdir.(milli.az)