24 Aprel 2025
Netanyahu yenə İranı hədələdi: "Nə olacaq bilirsinizmi?"

Netanyahu yenə İranı hədələdi: "Nə olacaq bilirsinizmi?"

Netanyahu yenə İranı hədələdi: "Nə olacaq bilirsinizmi?"

24 Aprel 2025 12:19 | Baxış sayı: 200

İsrailin Baş naziri Benyamin Netanyahu İranı növbəti dəfə hücumla hədələyib.

AJMEDİA.İNFO xəbər verir ki, o, ABŞ ilə nüvə danışıqları aparan İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarını deyib.

Netanyahu “Beynəlxalq Holokost Qurbanlarını Anma Günü” münasibətilə keçirilən tədbirdəki çıxışında Qəzza zolağına və ABŞ ilə nüvə danışıqları aparan İrana hücumlardan danışıb.

"İran nüvə silahı əldə edərsə, nə olacaq bilirsinizmi? Bizimlə Tehran arasındakı mübarizə bütün azad cəmiyyətlərin taleyini həll edəcək. İsrail uduzsa, növbə Qərb dövlətlərinə çatacaq. Bu, onların gözlədiyindən də sürətlə baş verəcək", - Netanyahu bildirib.