Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Armudu stəkanda çay, limon və “İstisu”... - FOTO
24 Aprel 2025 13:48 | Baxış sayı: 373
Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
AJMEDİA.İNFO xəbər verir ki, müsahibə zamanı Prezidentin əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı çay, su və limon diqqət çəkib.
Belə ki, dövlət başçısının istifadəsi üçün mineral suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal edilən “İstisu” brendinin seçilməsi, çayın armudu stəkana süzülməsi, limonun isə bütöv halda qoyulması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bir çoxu bu seçimin simvolik mənalar ifadə etdiyini bildiriblər.