24 Aprel 2025
Bu rayonda QAZ OLMAYACAQ!

Bu rayonda QAZ OLMAYACAQ!

Bu rayonda QAZ OLMAYACAQ!

24 Aprel 2025 11:48 | Baxış sayı: 231

Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, buna səbəb "Qaradağ-Sumqayıt" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.


"Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.