24 Aprel 2025
Rusiyadan Britaniyaya QADAĞA - 21 deputat ölkəyə girə bilməz

Rusiyadan Britaniyaya QADAĞA - 21 deputat ölkəyə girə bilməz

Rusiyadan Britaniyaya QADAĞA - 21 deputat ölkəyə girə bilməz

24 Aprel 2025 15:09 | Baxış sayı: 117

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın 21 parlament üzvünə qarşı sanksiya tətbiq edərək onların ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.


AJMEDİA.İNFO Rusiya mediasına istinadən xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunub ki, Böyük Britaniya Rusiyaya qarşı "düşmənçilik siyasəti" yürüdür, sanksiyalar tətbiq edir və Ukraynaya silah yardımı göstərir. Bu addımlara cavab olaraq, adıçəkilən parlament üzvlərinin Rusiyaya girişinə icazə verilməyəcəyi bildirilib.


Açıqlamada, girişinə qadağa qoyulan şəxslərin adlarının yer aldığı siyahı da təqdim olunub. Nazirlik əlavə edib ki, bu sanksiya siyahısının genişləndirilməsi ilə bağlı işlər davam edir.