27 Aprel 2025
Iranda şiddətli partlayış! Liman dağıdıldı

Iranda şiddətli partlayış! Liman dağıdıldı

Iranda şiddətli partlayış! Liman dağıdıldı

26 Aprel 2025 16:00 | Baxış sayı: 337

İran dövlət televiziyasının məlumatına görə, Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai şəhər limanında partlayış baş verib.


AJMEDIA.INFO xəbər verir ki, bildirilib ki, şiddətli partlayışa limanda konteynerin naməlum səbəbdən partlaması səbəb olub.


Partlayış nəticəsində limandakı bir binanın da zədələndiyi bildirilib.


Hörmüzqan Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə partlayışın limanda bəzi konteynerlərin partlaması nəticəsində baş verdiyini və hadisə nəticəsində ən azı 195 nəfərin yaralandığını qeyd edib.