Makrondan qondarma “erməni soyqırımı” ilə bağlı ŞOK PAYLAŞIM - FOTO
10 dəqiqə əvvəlAzərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi
26 Aprel 2025 09:19 | Baxış sayı: 282
Türkiyə ilə İsrail Suriyada birbaşa toqquşa bilərmi? - iki paytaxtda hava əndişəsi...
Türkiyənin Rusiyadan aldığı “S-400” raket sistemlərini Suriyada yerləşdirəcəyi ilə bağlı yayılan məlumat İsrail və ABŞ-da narahatlıq yaradıb. Bu barədə “Türkiyə” qəzeti bildirib (Teleqraf.az). Nəşr yazır ki, amerikalı senatorlar Qus Bilirakis və Bred Şneyder ABŞ Dövlət Departamentini Türkiyənin “S-400”-ləri Suriyaya göndərməsinə mane olmağa çağırıb.
Senatorların məktublarında belə bir transferin regionun hava hücumundan müdafiə sistemini kökündən dəyişdirəcəyi vurğulanır. ABŞ qanunvericiləri iddia edirlər ki, sistemlər Suriyanın qərbində yerləşdirilsə, bu, İsrailin əməliyyatlarını ciddi şəkildə məhdudlaşdıra, əməliyyat çevikliyini zəiflədə və Amerikanın uzun müddətdir bölgədə saxlamağa çalışdığı hərbi üstünlüyünü sarsıda bilər.
Suriyanın yeni hökuməti ilə müdafiə müqaviləsi imzalayan Türkiyə Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib. Bununla belə, Türkiyənin Suriyadakı hərbi varlığını artırmağa çalışdığı bildirilir. Türkiyə Müdafiə Nazirliyindən nəşrə xatırladılıb ki, ötən günlərdə Türkiyə ilə İsrail arasında münaqişənin qarşısının alınması üçün Azərbaycanda görüş keçirilib.
“Bu, normallaşma prosesi deyil, Suriyada təhlükəsiz və nəzarət edilən hərbi fəaliyyətləri təmin etmək üçün kommunikasiya və koordinasiya mexanizmidir. Yerdəki əməliyyatlarla bağlı qarşılıqlı brifinqlər vasitəsilə gərginliyin azaldılması, anlaşılmazlıqların qarşısının alınması, regionda sabitliyin qorunması və münaqişə riskinin aradan qaldırılması üçün səylər göstərilir”.
Arxa planı şərh edən ABŞ Dövlət Departamentinin rəsmisi “Türkiye Today”ə deyib: “Bu mövzuda Türkiyə ilə apardığımız danışıqların təfərrüatlarını şərh etməyəcəyik. Konqres yazışmalarını da şərh etmirik. Türkiyə mühüm müttəfiqdir və müxtəlif sektorlar üzrə əlaqələrimizi gücləndirmək üçün potensial imkanlar üzərində işləməyə davam edirik”.
Xatırladaq ki, Bakıda Türkiyə və İsrailin yüksək səviyyəli rəsmiləri arasında görüş aprelin 10-da keçirilmişdi.
Məqalədə deyilənlər nə dərəcədə reallaşa biləndir? “S-400”lər həqiqətənmi Suriyada İsrail və ABŞ üçün problem yarada bilər? Bəs Rusiya Türkiyəyə satdığı “S-400”lərin Suriyada yerləşdirilməsinə razı olarmı? Müqavilədə belə bir şey nəzərdə tutulurmu?//musavat.com