26 Aprel 2025
Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:00 | Baxış sayı: 318

Rusiyanın Vladiqafqaz şəhərində uşaq psixoloqu öz oğluna bıçaqla hücum edib.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə "Potok" məlumat yayıb.

İlkin məlumata görə, 36 yaşlı qadın yeddinci sinifdə oxuyan oğlunu bıçaqlamağa cəhd edib.

Münaqişə mənzildə başlayıb, qadın qəfildən mətbəx bıçağını götürərək yeniyetməni vurmaq istəyib. Məktəbli qaçaraq pilləkən qəfəsinə çıxmağı bacarsa da, anası onu sevdiyini deyərək oğlanı təqib edib.

Uşağın qışqırığını eşidərək hadisə yerinə gələn qonşular vəziyyətə müdaxilə edib.

Hüquq-mühafizə orqanları ananı saxlayıb. Qadın psixiatriya xəstəxanasına aparılıb.

O, bu dünyada olmaqdan qorxduğunu və övladının yaşamağa davam etməsini istəmədiyini bildirib.

Qadının təhsil mərkəzində uşaq psixoloqu kimi işlədiyi və özünü “neyrokouç” kimi təqdim etdiyi üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanılıb./Publika.az