26 Aprel 2025
İsrail polisi Yerusəlimdə bayraq açan erməniləri it sürütməsi etdi, Azərbaycan dilində replika isə...

İsrail polisi Yerusəlimdə bayraq açan erməniləri it sürütməsi etdi, Azərbaycan dilində replika isə...

İsrail polisi Yerusəlimdə bayraq açan erməniləri it sürütməsi etdi, Azərbaycan dilində replika isə...

26 Aprel 2025 10:00 | Baxış sayı: 275

Yerusəlimdə növbəti dəfə erməni radikallarla İsrail polisi və yerli sakinlər arasında gərginlik yaşanıb. Hadisə şəhərin qədim hissəsində yerləşən və erməni icmasının kompakt yaşadığı bölgədə baş verib.

İddialara görə, dindar ermənilər bu dəfə də qondarma “Dağlıq Qarabağ rejiminin” köhnə bayrağını nümayiş etdirərək aksiya keçirməyə cəhd ediblər. Onlar səssiz yürüş adı altında bölgədə gərginlik yaratmağa, provokasiyaya səbəb olacaq şüarlar səsləndirməyə çalışıblar.

İsrail hüquq-mühafizə orqanları aksiya cəhdinə dərhal müdaxilə edib. Polis qüvvələri erməni separatçı qrupun nümayəndələrini dağıdıb, bəzilərini müvəqqəti nəzarətə alıb. Hadisə zamanı yaranan qarşıdurma və gərgin anlar ətrafdakı insanlar tərəfindən lentə alınıb.

Videoda Azərbaycan dilində bayrağa münasibətdə səsləndirilən bir replika xüsusi diqqət çəkir. Müşahidəçilərin fikrincə, bu ifadə İsraildə yaşayan Azərbaycan mənşəli yəhudi icması üzvlərindən biri tərəfindən səsləndirilib. İsraildə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır və onların bir çoxu hələ də Azərbaycan dilində danışır, ölkəyə böyük sevgi və bağlılıq nümayiş etdirir.

Xatırladaq ki, bu, ermənilərin Yerusəlimdə belə təxribat xarakterli hərəkətləri ilk deyil. Onlar separatçılığı və qondarma simvolları Yaxın Şərqə daşımaqla süni gündəm yaratmaq istəyirlər. Lakin İsrail dövləti bu cür yaramaz cəhdlərə qarşı dəfələrlə qəti mövqe nümayiş etdirib.

Yerusəlimdə baş verən son olay bir daha göstərdi ki, erməni separatizmi təkcə Cənubi Qafqaz üçün deyil, beynəlxalq miqyasda da sabitlik üçün təhlükə törədir.//musavat.com

Teqlər:
Yerusəlim