26 Aprel 2025
İran Rusiyanın krediti ilə yeni atom elektrik stansiyası tikir

İran Rusiyanın krediti ilə yeni atom elektrik stansiyası tikir

İran Rusiyanın krediti ilə yeni atom elektrik stansiyası tikir

26 Aprel 2025 09:00 | Baxış sayı: 288

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran-Rusiya Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclası üçün Moskvada olan İranın neft naziri Paknejad iclasın yekun iclasında məsələ ilə bağlı açıqlama verib.

AJMEDIA.INFO xəbər verir ki, komissiya iclasının dostluq və qarşılıqlı anlaşma şəraitində keçdiyini bildirən Paknejad qeyd edib ki: "İran Rusiya “Moskvanın verdiyi kreditlə nüvə enerjisindən dinc məqsədlərlə istifadə, yeni nüvə enerjisi obyektlərinin tikintisi və Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü fazalarının tamamlanmasında əməkdaşlıqlarını davam etdirəcəklər.

Tərəflər arasında razılaşmaya əsasən, Moskvanın krediti hesabına İranda yeni atom elektrik stansiyası tikiləcək".

Paknejad İran və Rusiya arasında neft sənayesi və neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş əvvəlki razılaşmalara toxunaraq deyib: “Tehran və Moskva Qazprom ilə əməkdaşlıq müqavilələrinin həyata keçirilməsini və tamamlanmasını sürətləndirməyi hədəfləyirlər”.

İranın neft naziri Paknejad əvvəlki açıqlamasında Rusiya ilə 7 neft yatağının işlənməsi üçün 4 milyard ABŞ dolları dəyərində 4 müqavilə imzaladıqlarını xatırladıb .

O, sözügedən dörd sazişdən başqa neft və qaz yataqları ilə bağlı digər anlaşma memorandumları da imzaladıqlarını və bu müqavilələrin yekunlaşdırılması və həyata keçirilməsi üçün texniki heyətlər arasında danışıqların davam etdiyini bildirib.//turkustan.az