Nazir general Raul Zeynalovun yerinə onu təyin etdi - FOTO
4 saat əvvəlNetanyahunu 10 il sonra Bakıya gətirən səbəb – İki istək var, “yoxlama” olacaq
26 Aprel 2025 12:30 | Baxış sayı: 472
İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın günlərdə Azərbaycana səfər edəcəyinə dair yayılan məlumatlar mövcud geosiyasi vəziyyətdə xüsusi diqqət çəkdi. Hələ rəsmi olaraq təsdiqlənməsə də, səfərin may ayında baş tutması gözlənilir.
Netanyahunun Vaşinqton-Təl-Əviv birliyi ilə Tehran arasındakı gərginlik fonunda, əsasən də İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də ölkəmizə səfərindən sonra gəlişi, bir çox iddiaları aktuallaşdırdı. Bəzi ekspertlərin fikrincə, Bakı, bölgədə mühüm geosiyasi mövqe tutan bir aktor kimi İsrail ilə İran arasında vasitəçilik edə bilər. Həmçinin Ankara və Təl-Əvivin Suriyada qarşı qarşıya gəlməsi riskinin aradan qaldırılmasının da səfər çərçivəsində müzakirə ediləcək mövzulardan biri olduğu deyilir.
Bakının İran və İsrail arasında vasitəçi missiyasını həyata keçirməsi nə dərəcədə mümkündür? Regionda uzun müddətdir mövcud olan gərginlik azaldıla, yaxud tamamilə sona çatdırıla bilərmi?