27 Aprel 2025
Dəməşqdən İsraillə bağlı MÜHÜM AÇIQLAMA

Dəməşqdən İsraillə bağlı MÜHÜM AÇIQLAMA

Dəməşqdən İsraillə bağlı MÜHÜM AÇIQLAMA

26 Aprel 2025 17:00 | Baxış sayı: 299

Suriya öz ərazisindəki fələstinliləri nəzarətə götürəcək və heç bir dövləti, o cümlədən İsraili təhdid etməyəcək.

AJMEDIA.INFO “Elnashrа” xəbər portalına istinadən xəbər verir ki, bu, Suriyanın yeni hakimiyyətinin sanksiyaların yumşaldılması üçün ABŞ-ın irəli sürdüyü tələblərlə bağlı cavabda əksini tapıb.

Dəməşq rəsmiləri Fələstin təşkilatlarını izləmək üçün komitə yaratmağa söz verib və “Suriya heç bir ölkəyə, o cümlədən İsrailə təhlükə törətməyəcəyini” bəyan edib.

Portalın məlumatına görə, Birləşmiş Ştatlar martda Dəməşqin yerinə yetirməli olduğu səkkiz bəndlik siyahı təqdim edib. Siyahıda kimyəvi silahların qalan bütün ehtiyatlarının məhv edilməsi və 2012-ci ildə Suriyada yoxa çıxan amerikalı müxbir Ostin Ticenin tapılması üçün addımlar atılması da var. Vaşinqton Əsəd rejimini 30 yaşlı Tiçeni və bir neçə digər ABŞ vətəndaşını qaçırmaqda ittiham edib.

"Elnasra" nın yazdığına görə, Dəməşq ekstremist İslam Dövləti qruplaşmasına qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirib, lakin ABŞ-a Suriya ərazisində terrorçuların hədəflərinə zərbələr endirmək hüququnu verməyə razı olmayıb. Portalın məlumatına görə, Dəməşq Vaşinqtonun silahlı qrupların xarici üzvlərinin Suriyadan çıxarılması ilə bağlı əsas tələbinə cavab verməyib.

Öz növbəsində Suriya diplomatik mənbəsi Əl-İxbariyyə telekanalına bildirib ki, Nyu-Yorkda olan keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani Amerika rəsmiləri ilə Dəməşqin cavab mesajının məzmununu müzakirə etmək niyyətindədir və əsas məqamlar üzrə ölkəsinin mövqeyini izah edəcək.

Suriya Xarici İşlər Nazirliyinin rəhbəri BMT Təhlükəsizlik Şurasının respublikadakı vəziyyətə həsr olunmuş iclasında iştirak edib.//musavat.com