27 Aprel 2025
"Windows" istifadəçiləri izləyən casus proqram TƏQDİM ETDİ

"Windows" istifadəçiləri izləyən casus proqram TƏQDİM ETDİ

"Windows" istifadəçiləri izləyən casus proqram TƏQDİM ETDİ

27 Aprel 2025 12:38 | Baxış sayı: 167

"Windows 11"in yeniləməsinə "Recall" adlı yeni funksiya daxil edilib.

AJMEDİA.İNFO Gazeta.ru-ya istinadən xəbər verir ki, bu funksiya avtomatik olaraq ekran şəkilləri çəkir və neyron şəbəkə vasitəsilə kompüterdəki fəaliyyəti izləyir.

Əvvəlcə "Recall" funksiyasının 2024-cü ilin iyununda tətbiq edilməsi planlaşdırılırdı, lakin istifadəçilərin mənfi reaksiyası və məlumat təhlükəsizliyi ilə bağlı suallar səbəbi ilə bu təxirə salınıb.

İndi "Microsoft" şirkəti proqramın şifrələnmiş məlumatlar bazasına malik olduğunu və yalnız istifadəçinin sorğusu əsasında aktivləşəcəyini təsdiq edir.