"WhatsApp" gələn aydan bu telefonlarda İŞLƏMƏYƏCƏK
27 Aprel 2025 11:20 | Baxış sayı: 225
Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan Vatsap mayın 5-dən bəzi köhnə "İphone" modelləri üzərində işləməyi dayandıracaq. Bu tarixdən sonra onlar mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.
AJMEDİA.İNFO həmin cihazları təqdim edir:
"İphone 5s", "İphone 6", "İphone 6 Plus"
Meta ilə əlaqəli proqram indi yalnız iOS 15.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda dəstəklənəcək. Bu o deməkdir ki, köhnə modelləri olan istifadəçilər Vatsapdan istifadə etmək üçün ya cihazlarını təkmilləşdirməli, ya da iOS 15.1-ə yeniləməli olacaqlar.