Beyninizi məhv edən 5 vərdiş: Hər kəs səhərlər bunu edir
27 Aprel 2025 10:49 | Baxış sayı: 211
Müasir həyat tərzinin beş təhlükəli vərdişi sağlamlığınızı və zehni performansınızı təhdid edir.Mütəxəssislərə görə, səhər saatlarında etdiyimiz bəzi adi vərdişlər beynin fəaliyyətinə mənfi təsir edir.
AJMEDİA.İNFO həmin vərdişləri təqdim edir:
Oyandıqdan dərhal sonra telefona baxmaq – Beynin oyanması üçün təmiz hava, günəş işığı və hərəkət lazımdır, ekran işığı deyil. Telefonla məşğul olmaq əvəzinə, qısa gəzinti və ya meditasiya daha faydalıdır.
Zərərli qidalarla günə başlamaq – Fast-food, şirnilər və emal olunmuş qidalar beyin funksiyasını zəiflədir. Onların yerinə təzə və mövsümi qidalar seçilməlidir.
Oxumamaq – Beynin də məşqə ehtiyacı var. Hər gün beş səhifə belə olsa, kitab oxumaq zehni stimullaşdırır və inkişaf etdirir.
Fiziki hərəkətsizlik – Məşq beynin qan dövranını və enerjisini artırır. Gündəlik cəmi 30 dəqiqəlik fiziki aktivlik belə uzunmüddətli fayda verir.
Yeni bacarıqlar qazanmamaq – Beyin inkişafı üçün öyrənmək vacibdir. Gündə sadəcə 1 saat yeni bir şey öyrənmək, beyni gücləndirir və stressi azaldır.