28 Aprel 2025
Husilər İsrailin Nevatim hərbi bazasına raketlə HÜCUM ETDİLƏR

Husilər İsrailin Nevatim hərbi bazasına raketlə HÜCUM ETDİLƏR

Husilər İsrailin Nevatim hərbi bazasına raketlə HÜCUM ETDİLƏR

27 Aprel 2025 12:26 | Baxış sayı: 199

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri İsrailin Nevatim hərbi bazasına hipersəsli ballistik raketlə hücum ediblər.

AJMEDİA.İNFO bildirir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.

Bildirilir ki, hərbi bazasına "Fələstin-2" hipersəsli ballistik raketi ilə zərbə endirilib. O da qeyd edilib ki, İsrailin hava hücumundan müdafiə sistemləri "uğurla hədəfinə çatan" raketi ələ keçirə bilməyib.

İsrail ordusu isə Yəməndən buraxılan raketin İsrail hava məkanına daxil olmadan məhv edildiyini açıqlayıb.

Ordunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, döyüş sursatı hava sərhədindən kənarda zərərsizləşdirilib və ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları səslənib.