Rusiya ordusunun generalını belə öldürüblər - TƏFƏRRÜAT
27 Aprel 2025 11:59 | Baxış sayı: 219
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskaliki öldürən partlayıcı qurğu trotil blokları, boltlar və mismarlardan yığılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB)hadisə yerində lentə aldığı videoda da açıq görünür.
Kadrlarda partlayıcı qurğunun hissələri, onun doldurulduğu boltlar və mismarlar əks olunub.
Bundan başqa generalı avtomobilindən izləmək üçün istifadə olunan noutbuk, həmçinin mobil telefon da tapılıb.