Azərbaycanda general-mayor VƏFAT ETDİ - FOTO
14 Avqust 2023 11:35 | Baxış sayı: 731
Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.
AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.
O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.