22 Aprel 2025
2030-cu ilə qədər bu məhsul tükənə bilər

2030-cu ilə qədər bu məhsul tükənə bilər

2030-cu ilə qədər bu məhsul tükənə bilər

21 Aprel 2025 21:19 | Baxış sayı: 240

Qərbi Afrikanın əsas kakao istehsalçısı olan Fil Dişi Sahilində fermerlər iqlim dəyişikliyi, aşağı məhsul qiymətləri və qeyri-bərabər ticarət şərtləri səbəbindən ciddi məhsuldarlıq itkisi ilə üzləşdiklərini bildirirlər.

AJMEDİA.İNFO Manset.az-a istinadla xəbər verir ki, əgər təcili tədbirlər görülməzsə, 2030-cu ilə qədər ölkədə kakao ağacları tamamilə yox ola bilər.

Xüsusilə Bafing-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər Avropa bazarlarına, o cümlədən Böyük Britaniyaya kakao ixrac edirlər. Lakin uzun illər davam edən aşağı qiymət siyasəti və kifayət qədər sərmayənin ayrılmaması bu sahədə böhrana səbəb olub.

Yerli Yeyasso adlı fermer kooperativi bildirib ki, quruma üzv olan 5 minə yaxın fermerin istehsal etdiyi kakao miqdarı son illərdə 30 faiz azalıb.