19 Aprel 2025
Bakı-Quba yolunda avtomobil TIR-ın altına girdi, ölən var - VİDEO

Bakı-Quba yolunda avtomobil TIR-ın altına girdi, ölən var - VİDEO

Bakı-Quba yolunda avtomobil TIR-ın altına girdi, ölən var - VİDEO

18 Aprel 2025 15:26 | Baxış sayı: 182

Bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO avtosfer.az-a istinadən xəbər verir ki, hadisə saat 12:26 radələrində qeydə alınıb.

Belə ki, Fəzail Elşad oğlu Cəlilovun idarə etdiyi 99-BT-665 dövlət nömrə qeydiyyatlı “Hyundai Elantra” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanmış Namiq Tahir oğlu Məhərrəmova məxsus 99-RR-219 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının qoşqusuna çırpılıb. Zərbənin təsirindən maşının ön hissəsi yük avtomobilinin altında qalıb.

Sürücü aldığı xəsarətlərdən oradaca vəfat edib.

Qəza yerinə polis əməkdaşları və evakuator cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.