21 Aprel 2025
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK

21 Aprel 2025 19:16 | Baxış sayı: 251

"Dövlət proqramına uyğun olaraq, 2030-cu ilədək olan dövrdə 300-dək yeni vaqon alınmalıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni qatarların alınması məqsədilə dünya istehsalçılarının monitorinqləri davam etdirilir:

"Eyni zamanda görüşlər, müzakirələr keçirilməklə, Bakı metropoliteninin əsas texniki şərtləri əsasında danışıqlar aparılır. Qeyd edə bilərik ki, cari ildə Bakı metropoliteninə 20, 2026-cı ildə 30 vaqon gətirilməli idi. Lakin istehsalçı ilə danışıqlara əsasən, 30 vaqondan ibarət 6 qatar tərkibinin Bakıya gətirilməsi 2025-ci il ərzində həyata keçiriləcək".