21 Aprel 2025
Bakıda bu ərazidə söküntü işlərinə BAŞLANILACAQ

Bakıda bu ərazidə söküntü işlərinə BAŞLANILACAQ

Bakıda bu ərazidə söküntü işlərinə BAŞLANILACAQ

21 Aprel 2025 17:41 | Baxış sayı: 146

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.


AJMEDİA.İNFO xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.


O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.


"Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib", - deyə o qeyd edib.


Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.