21 Aprel 2025
Azərbaycanla şərti sərhədə erməni terrorçular göndərildi – VİDEO

Azərbaycanla şərti sərhədə erməni terrorçular göndərildi – VİDEO

Azərbaycanla şərti sərhədə erməni terrorçular göndərildi – VİDEO

21 Aprel 2025 16:58 | Baxış sayı: 116

AzTV-də yayımlanan “Həftə” analitik- informasiya proqramında ermənilərin “sülh” adı altında yeritdikləri siyasətin əsl üzünü, Azərbaycanın şərti sərhədlərinə terrorçu yerləşdirmələrini Rövşən Məmmədov belə şərh edib:


“Bir sözlə, populizmlə məşğul olan Ermənistan rəsmilərinin sülh bəyanatları səmimilikdən çox uzaqdır. Sülh yalnız sözdədir. Əməldə isə sərhəd bölgəsində hərbi təxribatlar törədilir, “Yerkrapa” təşkilatına mənsub terrorçular şərti sərhəd zonalarında yerləşdirilir. Hər halda, ölkəmizə qarşı açıq düşmənçilik şüarları ilə çıxış edən Yerkrapaçılar sərhədə hayların sülh tezislərinə “töhfə” vermək üçün axışmırlar. Görünür, terrorçular post-sülh mərhələsinə hazırlaşır və Fransa-Hindistan tandeminin Ermənistana qanunsuz silah ixracından o ki var faydalanmağa çalışır. Kimin müşayiəti altında? Əlbəttə ki, Avropa Müşahidə Missiyasının...


Missiya fasiləsiz iş rejiminə keçsə də, ermənilər sərhəddə atəşkəsin pozulmasına dair gündəlik təhqiqat mexanizminin yaradılması ideyasını irəli sürürlər. Sürətlə silahlanma həyata keçirən bir dövlətin silahlara və insidentlərə nəzarət mexanizmi yaratmaqda məqsədi isə təbii ki, beynəlxalq vasitəçilik prosesini qanuniləşdirmək və məhz avropalı müşahidəçilərin mandat hüququnu artırmaqdır”.