Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Şəhidin qardaşına vəzifə verildi - FOTO
21 Aprel 2025 16:26 | Baxış sayı: 281
Sədərək Rayon İcra Hakimiyyətində kadr təyinatı baş tutub.
AJMEDİA.İNFO-nun Manset.az-a istinadla məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmri ilə Cavid Nadirli İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib.
O, bundan əvvəl rayonda müəllim vəzifəsində çalışıb.
Qeyd edək ki, Cavid Nadirli Vətən müharibəsi şəhidi, leytenant Ərtoğrul Nadirlinin qardaşıdır.
Fotoda Cavid Nadirli

