Təhsil idarələrinə yeni müdirlər təyin olundu
37 dəqiqə əvvəlBakıda "Yango"nun sürücüsü içib "avtoşluq" etdi - VİDEO
21 Aprel 2025 13:43 | Baxış sayı: 198
Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib.
Bu barədə AJMEDİA.İNFO-ya Bakı Şəhər DYP İdarəsinin məlumat verilib.
Bildirilib ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.