21 Aprel 2025
ABŞ Zelenskiyə ultimatum verib? - Daimi atəşkəsdən sonra...

ABŞ Zelenskiyə ultimatum verib? - Daimi atəşkəsdən sonra...

ABŞ Zelenskiyə ultimatum verib? - Daimi atəşkəsdən sonra...

21 Aprel 2025 10:29 | Baxış sayı: 177

Birləşmiş Ştatlar Ukrayna Prezidenti Volodimir Zelenskiyə ultimatum verib və ona görə, o, yeni seçkilərdə iştirak etməməlidir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün "Telegram" kanalında yazıb.

"Məndə olan məlumata görə, Zelenskiyə ultimatum təqdim olunub: daimi atəşkəsdən sonra hərbi vəziyyətin və ümumi səfərbərliyin ləğvi. Bundan sonra Zelenskinin iştirak etməyəcəyi seçkilər elan edilir", - o yazıb.

20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Ölkə konstitusiyasına görə, yeni dövlət başçısı seçilməli və and içməlidir, lakin Ukraynada hərbi vəziyyət hökm sürdüyü üçün seçkilər baş tutmayıb.

Rusiya ilə münaqişə başa çatdıqdan sonra ölkədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

Qarşıdan gələn prezident seçkilərində Zelenskinin əsas rəqiblərinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko olacağı gözlənilir .