Məhkəmə üç tiktokerlə bağlı QƏRAR VERDİ
21 saat əvvəlSiqaretin bu növü DAHA TƏHLÜKƏLİDİR: Diabetdən tutmuş ürək çatışmazlığına qədər...
18 Aprel 2025 11:39 | Baxış sayı: 261
Cons Hopkins Universitetinin alimləri ABŞ-ın bir sıra tədqiqat mərkəzlərindən olan həmkarları ilə birlikdə vapinq (elektron siqaret) istifadəçilərinin digərlərinə nisbətən daha çox tənəffüs xəstəliklərinə tutulduğunu aşkar ediblər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Nicotine & Tobacco Research" jurnalında məqalə dərc olunub.
Böyük tədqiqatda təxminən 250.000 insan iştirak edib. Tədqiqatlar vaping və xroniki obstruktiv ağciyər xəstəliyi arasında güclü əlaqə olduğunu göstərib. Bundan əlavə, 30-70 yaş arası siqaret çəkənlərin hipertoniyaya tutulma riskinin artdığı aşkar edilib.
Elm adamları iştirakçıları vərdişlərinə görə bölüblər: bəzi insanlar yalnız elektron siqaretlərdən istifadə edib, bəziləri adi siqaret çəkib, üçüncü qrup hər iki növü birləşdirib, nəzarət qrupuna isə ümumiyyətlə siqaret çəkməyənlər daxil edilib. Bütün iştirakçıların sağlamlığı dörd il ərzində xəstəliklərin inkişafını qeyd edərək izlənilib.
Adi siqaret çəkənlərin diabetdən tutmuş ürək çatışmazlığına qədər bütün parametrlərdə xəstəlik riski daha yüksək olub. Və hər iki siqaret növünü birləşdirənlər üçün sağlamlıq riski səviyyəsi ən yüksək olub. Tədqiqatın müəllifləri vurğulayıblar ki, elektron siqaretlər ənənəvi siqaretlər qədər dağıdıcı olmasa da, heç də təhlükəsiz deyil.(publika.az)