19 Aprel 2025
Bu şəxslərə yeni vəzifə verildi - FOTO

Bu şəxslərə yeni vəzifə verildi - FOTO

Bu şəxslərə yeni vəzifə verildi - FOTO

18 Aprel 2025 16:04 | Baxış sayı: 167

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.


AJMEDİA.İNFO-yabu barədə İdarədən məlumat verilib.


Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifələrinə təyin ediliblər.


Qeyd edək ki, bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı və baş məsləhətçi vəzifələrində, Kənan Hüseynov isə MÜTDA-nın Maliyyə və təchizat şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub