21 Aprel 2025
Zelenskidən Putinə 30 günlük atəşkəs təklifi

Zelenskidən Putinə 30 günlük atəşkəs təklifi

Zelenskidən Putinə 30 günlük atəşkəs təklifi

21 Aprel 2025 10:12 | Baxış sayı: 180

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 30 günlük atəşkəs təklifi irəli sürüb.

AJMEDİA.İNFO xəbər verir ki, o, öz Telegram kanalında Rusiya ordusunun atəşkəs rejimini iki min dəfədən çox pozduğunu açıqlayıb.

Ukrayna prezidenti vurğulayıb ki, ruslar cəbhənin bütün əsas sahələrində atəşkəs vədlərinə əməl etməyiblər və Ukraynanın 30 günlük tam sükutla bağlı təklifinə hələ də cavab verməyiblər: "Lakin bu gün hava hücumu siqnalı olmadı. Deməli, atəşkəs mümkündür. Ukrayna mülki infrastruktura ən azı 30 gün müddətində uzaqmənzilli pilotsuz təyyarələr və raketlərlə hər hansı zərbə endirməkdən çəkinməyi təklif edir”.