19 Aprel 2025
Məşhur universitetdə kütləvi atışma: 5 ÖLÜ, 6 YARALI VAR

Məşhur universitetdə kütləvi atışma: 5 ÖLÜ, 6 YARALI VAR

Məşhur universitetdə kütləvi atışma: 5 ÖLÜ, 6 YARALI VAR

18 Aprel 2025 10:25 | Baxış sayı: 244

ABŞ-nin Florida ştatında yerləşən universitetlərdən birində baş verən kütləvi silahlı hücum faciə ilə nəticələnib.

AJMEDİA.İNFO bildirir ki, hücum nəticəsində azı 5 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara əsasən, hücumu iki nəfər təşkil edib. Onlardan biri artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərinin axtarışları isə davam edir.

Hadisə yerinə polis və fövqəladə yardım xidmətləri cəlb olunub. Universitet ərazisi dərhal boşaldılıb, tələbə və müəllim heyətinin təhlükəsizliyi üçün xüsusi rejim tətbiq edilib.

ABŞ hüquq-mühafizə orqanları insidentin motivlərini araşdırır. Hücumun terror aktı olub-olmadığı hələlik məlum deyil. Hadisə ilə bağlı əlavə məlumatlar açıqlanacağı gözlənilir.