Məhkəmə üç tiktokerlə bağlı QƏRAR VERDİ
21 saat əvvəl“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - VİDEO
18 Aprel 2025 13:22 | Baxış sayı: 175
“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində həlak olan tikinti sahəsinin rəisi Pərviz Həyatullayevin yanında olan işçilər bildiriblər.
“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - onlar söyləyiblər.
İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.
Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.
Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə: