21 Aprel 2025
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto

21 Aprel 2025 13:28 | Baxış sayı: 228

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

AJMEDİA.İNFO Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.

icra-bascisi-musiqi-muellimini-ozune-muavin-teyin-etdi