21 Aprel 2025
İsrailin keçmiş Baş naziri təcili xəstəxanaya yerləşdirildi

İsrailin keçmiş Baş naziri təcili xəstəxanaya yerləşdirildi

İsrailin keçmiş Baş naziri təcili xəstəxanaya yerləşdirildi

21 Aprel 2025 14:13 | Baxış sayı: 168

İsrailin keçmiş Baş naziri Naftali Bennett aprelin 20-nə keçən gecə özünü pis hiss etdikdən sonra təcili olaraq "Meir" xəstəxanasına çatdırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Bildirilir ki, xəstəxanada 53 yaşlı siyasətçinin üzərində ürək damarlarının katererizasiyası proseduru aparılıb.

N.Bennettin çevrəsindəkilər onun özünü yaxşı hiss etdiyini və tezliklə xəstəxanadan buraxılacağını vurğulayıblar.