Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Ukrayna İsraildən insanları qorumaq üçün preparat almağa qərar verdi: Nüvə zərbəsi gözlənilir?
21 Aprel 2025 17:19 | Baxış sayı: 386
Ukrayna nüvə insidenti halında insanları qorumaq üçün İsrail plasenta əsaslı dərmanından istifadə etməyi planlaşdırır.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Times of Israel" nəşri yazıb.
Məlumata görə, "Pluri" İsrailin biotexnoloji şirkəti Ukraynanın cift qanı bankı ilə radiasiya xəstəliyinə qarşı "PLX-R18" dərman vasitəsinin ehtiyatlarının yaradılması və yayılması məqsədilə eksklüziv müqavilə bağlayıb. İstehsalçılar iddia edirlər ki, onların hüceyrə terapiyası preparatı adətən radiasiyaya məruz qalaraq məhv olan trombositlərin, həmçinin ağ və qırmızı qan hüceyrələrinin ifrazını stimullaşdıra bilər.
Müqavilənin şərtlərinə əsasən, şirkət 12 min doza dərman istehsal edəcək və Kiyevə tədarük edəcək. İddia edilir ki, bu say 6 min insanın sağaldılması üçün kifayət edəcək.