03 İyul 2024
"Youtube"dan üç yenilik - Bunlar mümkün olacaq

"Youtube"dan üç yenilik - Bunlar mümkün olacaq

18 İyun 2024
Baxış: 263

"Youtube"un bir neçə yeni funksiyası test mərhələsindədir.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, yeniliklərdən biri süni zəka ilə əlaqəlidir. "Youtube" canlı yayımlarında söhbətlər bölümü çox qarışıq olur və burada süni zəka istifadəçilərin köməyinə çatacaq. Bütün mesajları oxumaq üçün zaman itirməyə ehtiyac qalmayacaq, süni zəka keçmiş mesajları sizə qısaca çatdıracaq.


Digər funksiya isə "Google"un foto axtarış xidməti "Lens" ilə əlaqəlidir. "Youtube" axtarış bölməsinə "Google Lens" əlavə edəcək. Beləliklə, platformada foto axtarış da mümkün olacaq.

Digər bir yenilik sayəsində isə "QR" kod istifadə edərək "Youtube" kanallarını tapmaq mümkün olacaq.