04 İyul 2024
Penalti vura bilməyən Ronaldo göz yaşlarına hakim ola bilmədi

Penalti vura bilməyən Ronaldo göz yaşlarına hakim ola bilmədi

02 İyul 2024
Baxış: 346

Ronaldo penaltini qaçırandan sonra göz yaşlarına hakim ola bilmədi.

AJMEDİA.İNFO xəbər verir ki, futbol üzrə Avropa çempionatında Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü keçirilib.

Əsas vaxtda qol vurulmayıb. Əlavə vaxtda penalti zərbəsini yerinə yetirə bilməyən Kriştiano Ronaldo göz yaşlarını saxlaya bilməyib. Ronaldoya komanda yoldaşları təsəlli verib.

Penalti seriyasında isə Ronaldu ilk qolun müəllifi olub. Bu qoldan sonra Ronaldo qaçırdığı penalti üçün azarkeşlərdən üzr istəyib.