04 İyul 2024
Bakıda AİLƏ FACİƏSİ: Arvadının ondan ayrılmasını istəməyən kişi...

Bakıda AİLƏ FACİƏSİ: Arvadının ondan ayrılmasını istəməyən kişi...

01 İyul 2024
Baxış: 243

Bakıda intihar hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Asif Bayramov sirkə turşusu içərək özünü zəhərləyib.

Dərhal xəstəxanaya yerləşdirilən Asif Bayramovun həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Asif Bayramov arvadının ondan ayrılmaq istəməsi səbəbi ilə canına qəsd edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.