04 İyul 2024
Prezident əmək pensiyaları ilə bağlı qanunu TƏSDİQLƏDİ

Prezident əmək pensiyaları ilə bağlı qanunu TƏSDİQLƏDİ

01 İyul 2024
Baxış: 208

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb.