04 İyul 2024
Alman kəşfiyyatçıları Hizbullahla niyə görüşüb?

Alman kəşfiyyatçıları Hizbullahla niyə görüşüb?

02 İyul 2024
Baxış: 512

Almaniya kəşfiyyatının rəis müavini Uli Diyal Livanda Hizbullah baş katibinin müavini Naim Qasımi ilə görüşüb. Bu, onların son altı ayda ikinci görüşü olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Əl Əxbat” məlumat yayıb.

Məlumata görə, görüş iyunun 29-u axşam baş tutub:

“Bazar günü səhər alman kəşfiyyat heyəti Beyrutu tərk edib. Görüş zamanı Diyal Qasımini təhdid etməyib və Hizbullahla İsrail arasında hərbi münaqişə ilə bağlı hər hansı həll təklifi verməyib. Diyal ilə görüşdə Qasımi Almaniyada Hizbullahla əlaqədə ittiham olunaraq həbs edilən livanlıların taleyi ilə maraqlanıb. Diyal cavab verib ki, istintaq hüquq-mühafizə orqanları tərəfindən aparılır, bu kəşfiyyat xidmətinin səlahiyyətində deyil”.