04 İyul 2024
Tanınmış müğənnini geyiminə görə efirə buraxmadılar - FOTO

Tanınmış müğənnini geyiminə görə efirə buraxmadılar - FOTO

02 İyul 2024
Baxış: 206

Müğənni Səidə Dadaşovanı geyiminə görə efirə buraxmayıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda sənətçi "Xəbərin var?" verilişində deyib.

O bildirib ki, getdiyi proqramda onu geyiminə və aksessuarlarına görə tənqid ediblər:

"Paltarım, aksessuarıma görə efirə buraxmadılar. Dedilər ki, "demodesən", efirə yaraşmayan geyimdəsən. Açıq-saçıq geyinsəm daha da gözəl görünərmişəm. Mən sənət öyrənmişəm. Çıxanları da, çıxmayanları da görmüşəm. Bunu aparıcı heç vaxt demir. Bunu kamera arxasındakı, özünə stilist deyən biri. Çıxmadım efirə, qoymadılar. Heç özüm də istəmədim. Aksessuarı çıxartdım, şəkil də çəkdilər. Gəlirəm ki, mikrofonu götürüm, deyirlər, dayanın, stilistin icazəsi yoxdur".

Səidəni bu geyiminə görə efirə buraxmadılar - Foto