04 İyul 2024
“Çöpçülərin qənimi” olan alət satışa çıxarıldı - VİDEO

“Çöpçülərin qənimi” olan alət satışa çıxarıldı - VİDEO

02 İyul 2024
Baxış: 342

Sosial şəbəkələrdə yayılan görüntülər insanların marağına səbəb olub.

AJMEDİA.İNFO bildirir ki, Çin məhsulu olan məişət əşyası əksəriyyətin diqqətini çəkib. Belə ki, “ilk yardım cihazı” kimi dəyərləndirilən bu alətin istifadə məqsədi boğazda qalan hər hansısa qidadan dərhal xilas olmaqdır.

Vakuum vasitəsilə tətbiq edilən əşyanın körpələr istisna olmaqlar, digər yaş kateqoriyasına aid olan insanların istifadə edə biləcəyi qeyd olunub. Sosial media istifadəçilərinin çoxu isə bu aləti “çöpçülərin qənimi” adlandırıb. Bildirilib ki, sözügedən əşyanı bir sıra onlayn ticarət saytından əldə etmək mümkündür.

Qeyd edək ki, çöpçülərin əsas işi insanların, xüsusən də, 5 yaşına qədər uşaqların boğazında ilişib qalmış qida qalıqlarını və ya ehtiyatsızlıqdan udulan yad cismi - çöpü üfürüb çıxarmaqdır.(Sfera.az)