04 İyul 2024
Damlanın ifasına görə bu şadlıq sarayı BAĞLANDI - VİDEO

Damlanın ifasına görə bu şadlıq sarayı BAĞLANDI - VİDEO

02 İyul 2024
Baxış: 196

Tanınmış müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon möhürlənib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Ərdəbil prokurorluğu bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.(Qafqazinfo)