04 İyul 2024
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI:  "Xocalıda..." — VİDEO

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: "Xocalıda..." — VİDEO

02 İyul 2024
Baxış: 181

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.

"Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir", - məlumatda vurğulanıb.