04 İyul 2024
Bu tarixdən məktəbəhazırlıq qruplarına QƏBUL BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Bu tarixdən məktəbəhazırlıq qruplarına QƏBUL BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

02 İyul 2024
Baxış: 182

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

AJMEDİA.İNFO xəbər verir ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.